Bakıda narkoman və tüfeyli həyat tərzi keçirən şəxslər dayanacaqlardan sığınacaq kimi istifadə edirlər.
Lent.az-ın məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılır. Bildirilir ki, “Nizami” metro stansiyası yaxınlığında “5 mərtəbə” adlanan ərazidə yerləşən qapalı avtobus dayanacağı narkomanların sığınacaq yerinə çevrilib. Sakinlər bu kimi hallara qarşı aidiyyəti qurumları tədbir görməyə səsləyirlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə sorğu ünvanlanıb.