BURADA REKLAMINIZ OLA
BİLƏR

Gültəkin Hacıbəylidən qalmaqallı çıxış

Milli Şuranın Koordinasiya Mərkəzinin "Zoom"la keçirilən iclasında işlədilən ifadələr və videonun həmin hissəsinin sosial şəbəkədə paylaşılması qalmaqala səbəb olub.

Pravda.az xəbər verir ki, Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli, videoda xaricdə yaşayan jurnalist İsmayıl Cəlilovu hədəf alaraq, cinsi azlıq nümayəndələrini sərt şəkildə təhqir edib.

Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclis sədri Rafiq Manaflı da azlıqları aşağılayıb.

"Mən təəssüf edirəm ki, Hitler o vaxt geyləri qırıb qurtarmadı" deyə, o bildirib.

Sözügedən videoda adı keçən jurnalist Xədicə İsmayıl məsələyə sərt mövqe bildirib: "Salam verilməyəcək bir qrup adam. Milli Şuranın sədri Cəmil Həsənli, bir zəhmət, silahdaşlarının lüğətinə və düşüncə tərzinə aydınlıq gətirsin. Dostlar dedi, diqqətlə baxdım. Özü də orada imiş. Həm də buna niyə rahat qulaq asdığını izah etsin".

Video sosial şəbəkədə geniş şəkildə yayıldıqdan sonra izləyicilər müxalifət nümayəndələrinə qarşı sərt ifadələr işlədiblər.

Gültəkin Hacıbəyli feysbuk hesabında paylaşım edərək ifadələrinə görə üzr istəyib.Teleqraf.com

Tarix: 14 May 2020, 07:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin