Paytaxtın Yeni Yasamal yaşayış massivinin sakinləri bu ərazidə yerləşən Beton zavodundan ətrafa atılan tullantı, xüsusən də toz, dumandan şikayətçidirlər.
Sakinlər iddia ediblər ki, zavodda borulardan çıxan sement həyətlərinə dolur. Bu səbəbdən vətəndaşlar həyətə belə çıxa bilmirlər:
“Həyətdə paltar sərə bilmirik. Uşaqlarımız çölə çıxa bilmirlər. Yayda hava almaq, həyətdə oturmaq mümkün deyil. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, amma şikayətimizə baxılmır”.