Əməkdar artist Rəhman Rəhmanın gəlini, mərhum müğənni Emil Rəhmanın həyat yoldaşı Sabrina Həmzəyeva paylaşımı ilə izləyicilərini kədərləndirib. O, qızı Zəhranın atasına yazdığı sözləri yayımlayıb.
“Ata, öldün. Amma o dünyada çox yaxşı olacaqsan. Orada bir daha ölməyəcəksən. Səni çox sevirəm” deyə mərhum müğənninin qızı qeyd edib.