Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Pirallahı sakini güllələnib, qardaşı saxlanılıb

1 041
Paylaş:
Pirallahı sakini güllələnib, qardaşı saxlanılıb

Yanvarın 10-da saat 20 radələrində Pirallahı rayonu ərazisində bir nəfərin odlu silahdan açılmış atəşdən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Pravda.az-a bildirilib ki, araşdırmalarla əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü İlham Həşimovun yaşadığı evdə sərxoş vəziyyətdə münaqişə zəminində tüfəngdən açdığı atəşlə 1969-cu il təvəllüdlü qardaşının ayaq nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.


Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə İ.Həşimov saxlanılıb. Hadisə yerindən qanunsuz saxladığı “Bum” markalı tüfəng götürülüb.


Araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər