Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezident seçkiləri keçiriləcək.
Vətəndaş vəzifəsi və məsuliyyətini dərk edən Azərbaycan könüllüləri seçki prosesinə töhfə vermək məqsədilə seçki qanunvericiliyinə uyğun olaraq Azərbaycan Könüllü Təşkilatları İttifaqının təmsilçiləri qismində seçkilərin müşahidəsində iştirak etmək niyyətindədirlər. Bununla bağlı könüllülərin siyahısı hazırlanmış və qaydalara uyğun olaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.