Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev son günlər baş verənlərlə bağlı sensasiyalı açıqlamalar verib.
Pravda.az-ın xəbərinə görə, Reaksiya TV-də qonaq olan H.Hacıyev müsahibəsində Ramiz Mehdiyevin ünvanında şok ittihamlar səsləndirib. o, iddia edib ki,Bakıda baş verən bir sıra mitinqləri məhz Ramiz Mehdiyev təşkil edib. Partiya sədri iddia edib ki, Ramiz Mehdiyev prezident olmaq istəyirmiş.