Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Direktor həyat yoldaşını özünə müavin təyin etdi

1 226
Paylaş:
Direktor həyat yoldaşını özünə müavin təyin etdi

Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktoru Daxil Qurbanov həyat yoldaşı Fəxriyyə Ağarəhim qızı Qurbanovanı özünə təsərrüfat işləri üzrə müavin təyin edib. Konkret.az-ın əldə etdiyi məlumata görə, F.Qurbanova bundan öncə Xaçmazın İstisu kənd orta məktəbində lobarant vəzifəsində çalışıb.

Qeyd edək ki, bu, rayon təhsil sektorunda baş verən ilk qohum təyinatı deyil. Belə ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun keçmiş müdiri İnqilab Musayev də oğlunu,1990-cı il təvəllüdlü Əfsun Musayevi özünə sürücü təyin etmişdi.

Paylaş:

Ən son xəbərlər