Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Yanacaq daşıyan maşın aşıb, benzin yola dağılıb

963
Paylaş:
Yanacaq daşıyan maşın aşıb, benzin yola dağılıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samux-Gəncə avtomobil yolunun 2-ci km-liyində - Samux rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Samux Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.

Baş vermiş yol-nəqliyyat qəzası zamanı yanacaqdaşıyan avtomobilin aşması nəticəsində ətrafa dağılan yanacaq təhlükəsizlik tədbirləri çərçivəsində yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb.

Paylaş:

Ən son xəbərlər