Dörd ay əvvəl Sumqayıt şəhərinin Corat qəsəbəsində ərini öldürmə ittihamı ilə həbs edilmiş 34 yaşlı Əfsanə Məmmədovanın istintaq təcridxanasında övladı dünyaya gəlib. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Əfsanə Penitensiar Xidmətin müalicə müəssisəsində ana olub.
Bu günlərdə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatıb. İbtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror seçilmiş qətimkan tədbirinin uzadılması üçün məhkəməyə təqdimat verib. Sumqayıt Şəhər Məhkəməsi məhkum ananın həbsdə saxlama müddətini 3 ay daha uzadıb.