“Bu neçə gündə Aygün Bəyləri özüm üçün kəşf etdim. Onun geniş xalq sevgisini qazanmasını başa düşməyə çalışdım, buna görə bir çox ifasını dinlədim. Səs tembri fərqliydi, qəfildən zilə qalxmaları ustalıqla edirdi, oxuduğu çox gözəl parçalar da var. Amma və lakin, onu bir mədəniyyət fenomeni kimi görə bilmədim, xüsusən “qədeşvari” danışıq tərzi, maneraları, sənətinin arxasında azacıq da olsa, intellektin dayanmaması məni məyus etdi”.
Rasim Qaraca: “Aygün Bəylərin “qədeşvari” danışıq tərzi, sənətinin arxasında azacıq da olsa, intellektin dayanmaması məni məyus etdi”
Pravda.az xəbər verir ki, bunu yazıçı Rasim Qaraca bildirib.
“Məncə, folklor səviyyəsində qiymətləndirilə bilər, ancaq “onunla mədəniyyətimiz çox da rəngarənglik qazandı” deyə bilmərik...” – yazıçı qeyd edib.