Trixoloqlar hesab edir ki, saçlar sağlamlığın barometri hesab edilir.
“Medicina” xəbər verir ki, saçların rəngi və materialı insanın hansı xəstəliklərə meyilli olacağından xəbər verir.
Sarı saçlar
Statistikaya görə, sarışın qadınlar daha çox görmə torunun distrofiyasından əziyyət çəkir.
Anadangəlmə sarı saçlılarda göz problemləri çox olur. Ona görə onlar rasionlarına daha çox lütein və çeaksantinlə zəngin qidalar daxil etməlidir.
Bu maddələr yaşıl noxud, ispanaq, yaşıl yarpaqlı tərəvəzlərdə olur. Onlara kənd yumurtası sarısı vacibdir.
Açıq rəng saçlıların digər problemli nahiyəsi dəriləridir. Qaraşınlara nisbətən onlarda daha az melanin sintez olunur, ona görə sarışınların dərisi az müdafiə altındadır.
Ona görə sarışınarda dəri xərçəngi melanoma, xallarla problemlər çox olur. Sarışınlar daha çox, hər gün SPF krem, papaq və eymək istifadə etməlidir.