BURADA REKLAMINIZ OLA
BİLƏR

Siyavuş Novruzov: “Kreativ olsun, xarici dil bilsin...”

“Burada həmkarlarım arzu və istəklərini bildirirlər. Bir şeyi xatırlatmaq istəyirəm ki, deputatları seçici seçir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

Deputat bildirib ki, seçici növbəti seçkilərdə kimi görmək istəyirsə onu da seçəcək:

 

“Biz ancaq arzu və istəklərimizi bildirə bilərik. Kreativ olsun, xarici dil bilsin, müasir olsun və s. Bu ancaq bizim arzumuz ola bilər. Arzularımızın reallaşmasını seçici müəyyənləşdirəcək. Son zamanlar mətbuatda, televiziyada da istiqaməti dəyişməyə çalışırlar. Ona görə də istiqaməti düz götürək və bunu da insanlara düz izah edək. Ən son sözü təbii ki, seçici deyəcək”.

 

“İnanmıram ki, kimsə belə arzu etsin” - spiker Oqtay Əsədov cavab olaraq qeyd edib.

Tarix: 2 Dekabr 2019, 13:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin