İşğaldan azad olunmuş Ağdam şəhərində “VMF” markalı saatlar istehsal edəcək zavod açılacaq. Yenisabah.az xəbər verir ki, bunu 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərən “VMF” saatqayırma fabrikinin sahibi Vahid Mustafayev bildirib.
“Hazırda həyatımdakı ən başlıca arzularımdan birini həyata keçirməklə - Ağdamda saat zavodunun tikintisi məsələləri ilə məşğulam. İşğaldan azad edilmiş torpaqlarımızın inkişafı üçün əlindən gələni edən ilk şəxslərdən biri olmağımla hədsiz qürur duyuram”, - V.Mustafayev deyib.