Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə “Milli təhsilimizin gələcəyi, gənc müəllim – fəal vətəndaş” mövzusunda keçirilən forumda Prezident İlham Əliyevə dəstək ifadə olunub.
Bəyanatı Vətən müharibəsi iştirakçısı, gənc müəllim İdris Abıyev səsləndirib.
Bəyanatda gənc müəllimlərin milli təhsilin inkişafına böyük töhfələr vermiş, müstəqil Azərbaycanın sosial-iqtisadi tərəqqisi və dünya birliyində layiqli yer tutmasını təmin etmiş ölkə başçısı İlham Əliyevin siyasi kursunu dəstəklədikləri vurğulanıb.
“Azərbaycan Prezidenti İlham Əliyev hər zaman müəllimlərə diqqət və qayğı göstərmiş, təhsil sahəsində həyata keçirilmiş islahatları, eləcə də bu prosesdə müəllimlərin əməyini yüksək qiymətləndirib, təhsil sistemi və təhsilverənlər qarşısında bir sıra mühüm vəzifələr qoymuşdur. Məhz bu qayğı nəticəsində son illərdə müəllimlərin fəaliyyətinin stimullaşdırılması sahəsində ciddi uğurlar əldə edilmiş, onların əməkhaqqısı əhəmiyyətli şəkildə artırılıb. Həyata keçirilən kompleks tədbirlər sayəsində müəllimlik peşəsinə maraq artıb, müəllim nüfuzu yüksəlib.