Daxili İşlər Nazirliyi (DİN) “TikTok”da canlı yayım açaraq qayda pozuntusu edən sürücülərin videogörüntülərinə münasibət bildirib. DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyevin Oxu.Az-a verdiyi məlumata görə, “TikTok” sosial şəbəkəsində canlı yayım açaraq ciddi qayda pozuntusu edən sürücülərin videogörüntüləri ilə bağlı araşdırma aparılır.
“TikTok”da canlı yayım açaraq qayda pozuntusu edən sürücülərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Bildirilir ki, qeydə alınan videogörüntülərdə qayda pozan sürücülər müəyyən edilərək, barələrində inzibati protokol tərtib ediləcək.