Çinin Çjetszyan əyalətinin Tayçjou şəhərində qonaqlar təsadüfən yeni evlənənlərin toyunu pozub və gəlinin kimyəvi yanıqlar almasına səbəb olublar.
Pravda.az lent.az-a istinadən bildirir ki, gəlin mərasimə avtomobillə gəlib. O, maşından düşən kimi qonaqlar dərhal yanına qaçaraq əllərində serpantin spreyi qutularını tutaraq ona çiləyiblər.
Qız üzünü örtməkdə çətinlik çəkib, daha sonra saçından tüstü çıxanda bəyin arxasına gizlənməyə çalışıb.