Qarın yağması nəticəsində Bakının Yasamal rayonu, Əsəd Əhmədov küçəsinda yollar iflic olub.
Belə ki, aidiyyəti qurumların yollarda qarı təmizləməməsi səbəbindən avtomobillərin hərəkətində çətinlik yaranıb.
Həmçinin, ictimai nəqliyyatın gediş-gəlişində problem yarandığı üçün vətəndaşlar yolu sürüşərək qət etməli olublar.