Uşaq evindən qaçan 2010-cu il təvəllüdlü Cümşüd Elşad oğlu Ağayev tapılıb. Bu barədə Oxu.Az-a Xətai rayonu Lütfi Zadə küçəsi, 18 ünvanında yerləşən uşaq evinin müdiri Gülnarə Quliyeva məlumat verib.
O bildirib ki, uşaq Abşeron rayonundan tapılıb:
“Ərazi üzrə polis bölməsi uşağı tapıb. Bizə məlumat verdilər. Müvafiq qaydada polis əməkdaşları tərəfindən uşaq buraya gətiriləcək”.
Onun sözlərinə görə, uşaq dünən günorta saatlarında yatmaq adı ilə otağa çəkilib, sonra ayaqyoluna girərək pəncərədən qaçıb. G.Quliyeva bildirib ki, uşaq yanvarın 13-də anası tərəfindən uşaq evinə gətirilib:
“Elşadın özündən iki yaş böyük bacısı var. Uşaqların atası ortada yoxdur, əvvəl ana baxıb, sonra bibiyə verib. Bacısı artıq bir ildir ki, bizdədir, buraya adaptasiya olub. Ancaq oğlan adaptasiya ola bilmir, qaçır ki, anamı istəyirəm.
Biz bibi ilə danışdıq ki, uşaqlar ortada qalmasınlar, aidiyyəti qurum vasitəsilə himayədar ailə proqramına daxil edək. Bibini razı salmışıq”.
Gülnarə Quliyeva qeyd edib ki, uşaq nənəsinin yanında olanda da qaçıb: