Yanvarın 13-də saat 22 radələrində paytaxtın Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qohumu tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Pravda.az "unikal”a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Yusif İsmayılov Səbail rayonu, Salyan şossesi 15 ünvanında aralarında yaranmış mübahisə zamanı qohumu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb.