Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda general işdən çıxarıldı, yerinə oğlu təyin edildi

3 079
Paylaş:
Azərbaycanda general işdən çıxarıldı, yerinə oğlu təyin edildi

Müdafiə Nazirliyinin Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti general-mayor Yusif Axundzadə vəzifəsindən azad edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, generalı bu postda oğlu, Əməkdar incəsənət xadimi, polkovnik Rüfət Axundzadə əvəz edib.

R.Axundzadə bu təyinatadək Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin rəisi idi.

Qeyd edək ki, ölkədə hərbi orkestr məktəbini yaradan Yusif Axundzadə Prezidentin fərdi təqaüdçüsüdür. Silahlı Qüvvələrin Hərbi Orkestr Xidmətində ilk ali hərbi rütbəyə yüksələn general Axundzadə, həmçinin, 2021-ci ildə keçirilən Zəfər paradının marşını yazan dirijordur.

Paylaş:

Ən son xəbərlər