Bir neçə gün əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayevin səhhətinin pisləşdiyi ilə bağlı məlumat yayılıb.
Məhz buna görə AFFA-nın İcraiyyə Komitəsinin 11 yanvar tarixində Gəncədə keçirilməsi planlaşdırılan iclası və Gəncədə futbol akademiyasının açılışı ləğv olunmuşdu. Modern.az Rövnəq Abdullayevin səhhətini aydınlaşdırmaq üçün AFFA ilə əlaqə saxlayıb.