“Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevin saxlanılma səbəbi məlum olub. Pravda.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sayt rəhbəri bir neçə nəfəri şantaj etməkdə ittiham edilir.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.