Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda sexdə yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb - YENİLƏNDİ

901
Paylaş:
Bakıda sexdə yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb -   YENİLƏNDİ

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

Baş Prokurorluğun Mətbuat xidmətində APA-nın sorğusuna cavab olaraq məlumat təsdiqlənib. Qeyd olunub ki, paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb.

***

17:03

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

APA

Paylaş:

Ən son xəbərlər