"Hökumət Evi"nin 8-ci mərtəbəsində və zirməsində aparılacaq təmir işlərinə 673 028,33 manat xərclənəcək. Qaynarinfo xəbər verir ki, təmir işləri Enerji Məsələlərini Tənzimləmə Agentliyinin sifarişi ilə həyata keçiriləcək.
Agentlik bununla bağlı satınalma müsabiqəsi keçirib. Müsabiqənin qalibi "Construction Business Group" MMC seçilib. Şirkət təklifi isə yuxarıda qeyd etdiyimiz məbləğ olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, MMC 26 avqust 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1120 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 3-cü mikrorayon, ev 9, mənzil 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Axundov Yusif Səfa oğludur.