Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığındakı sexdə baş verən partlayışdan sonra dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb.
Pravda.az Day.Az-a istinadən xəbər verir ki, xilasedicilər tərəfindən dağıntı altından üç nəfər sağ çıxarılaraq, təcili tibbi yardım briqadasına təhvil verilib, sexdə olan və yaxınlıqdakı vətəndaşların təxliyəsi həyata keçirilib.
Partlayış-yanğında 24 nəfər xəsarət alıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 19 təcili yardım briqadası hadisə yerinə cəlb olunub. Xəsarət alanlardan 1 nəfərə yerində ilk tibbi yardım göstərilib. 23 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub.