Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Rusiya səfirliyi Bakıda sexdəki yanğında ölənlərlə bağlı başsağlığı verdi

556
Paylaş:
Rusiya səfirliyi Bakıda sexdəki yanğında ölənlərlə bağlı başsağlığı verdi

Rusiyanın Azərbaycandakı səfirliyi Bakıda mebel sexində baş verən yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

Bu barədə paylaşım səfirliyin sosial şəbəkələrdəki səhifəsində yerləşdirilib.

"Bakıda mebel sexində insan tələfatı ilə nəticələnən partlayış xəbəri bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq", - paylaşımda qeyd edilib.

Paylaş:

Ən son xəbərlər