Model Razi Əliyeva barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib və hakim Elməddin Hüseynovun icraatına verilib.
529.3-cü maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi barədədir.