Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

TƏBİB partlayışda xəsarət alanlarla bağlı məlumat yaydı

565
Paylaş:
TƏBİB partlayışda xəsarət alanlarla bağlı məlumat yaydı

Ötən gün Bakıda sexdə baş verən partlayış-yanğınla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 16 nəfərin müalicəsi davam etdirilir.

TƏBİB-dən bildirilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 12 nəfərdən 3-nün vəziyyəti ağır stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qalır.

Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 4 nəfərin müalicəsi davam etdirilir. Onlardan birinin vəziyyəti ağır stabil, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir.

Paylaş:

Ən son xəbərlər