Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş vermiş partlayışla əlaqədar dağıntılar altında qalanların olduğu ehtimal edilir.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.