Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Mədəniyyət naziri koronavirusdan sağaldı

1 666
Paylaş:
Mədəniyyət naziri koronavirusdan sağaldı

Rusiyanın Mədəniyyət naziri Olqa Lyubimova yeni növ koronavirusdan (COVID-19) sağalıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə nazirin mətbuat katibi Аnna Usaçeva bildirib.

“Həkimlər onun işə çıxmasına icazə veriblər. Olqa Borisovna artıq işdədir və özünü yaxşı hiss edir. Xoşbəxtlikdən xəstəlik yüngül keçdi”, - deyə A. Usaçeva deyib.

Mətbuat katibi qeyd edib ki, O. Lyubimova evdə müalicə olunduğu müddətdə nazirliyin bütün şöbələri ilə daimi əlaqədə olub.

Qeyd edək ki, Mədəniyyət nazirinin koronavirusa yoluxması mayın 6-da məlum olub.

Paylaş:

Ən son xəbərlər