Növbədənkənar prezident seçkisi ilə əlaqədar yaradılmış Müstəqil Media Mərkəzinə baxış keçirən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov beynəlxalq müşahidəçiləri azad olunmuş ərazilərdə seçkiləri izləməyə çağırıb. Məzahir Pənahov bildirib ki, beynəlxalq müşahidəçilər Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə gedərək orada yaradılmış seçki mühiti ilə tanış ola bilərlər.
“Kütləvi informasiya vasitələrinin nümayəndələrindən də bu məsələni gündəmə gətirmələrini istərdim”, - deyə Məzahir Pənahov əlavə edib.