Yanvar ayının 16-da saat 16:50-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Cənub regional şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan plastmas tipli qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən sahildən 6 mil məsafədə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Pravda.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.