Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Texniki kollecdə yanğın söndürüldü - VİDEO - YENİLƏNDİ - 3

1 262
Paylaş:
Texniki kollecdə yanğın söndürüldü -     VİDEO - YENİLƏNDİ - 3

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

***

2024-01-17 23:57

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğına əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

***

23:47

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

***

23:38

Sumqayıtda texniki kollec yanır.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb edilib.

Paylaş:

Ən son xəbərlər