Azərbaycanlı qız Taner Engin Demir adlı şəxsə görə evdən qaçaraq Türkiyəyə gedib.
Bu barədə evdən qaçan Seyidxanım Əlifxanova adlı qızın anası “Səni axtarıram” verilişində danışıb. O, qızının ikinci qrup əlil olduğunu, psixi problemlərdən əziyyət çəkdiyini bildirib. Ananın sözlərinə görə, qızı ilə Türkiyə vətəndaşı “TikTok” sosial şəbəkəsində tanış olublar.