Model Raziyat Əliyevaya qarşı zorakılıqda ittiham olunan Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Pravda.az oxu.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxsin nümayəndəsinin prosesin qapalı keçirilməsi barədə verdiyi vəsatət müzakirə edilib. Vəkilin vəsatəti qismən təmin edilib və prosesin qismən qapalı keçirilməsi barədə qərar qəbul edilib. Bildirilib ki, şəxsi həyat və peşə fəaliyyəti ilə bağlı sirr təşkil edə bilən hissələrdə məhkəmə qapalı keçiriləcək.