Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 18-də Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel və Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonla görüşlərində Fransa Respublikası Senatının 2024-cü il yanvarın 17-də Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirib.
Milli Məclisin Mətbuat xidmətindən verilən xəbərə görə, spiker dünyada ikili standartların mövcud olduğunu deyərək, qeyd edib ki, bu gün Azərbaycanın qazandığı nailiyyətləri həzm edə bilməyən bəzi dövlətlər ölkəmizə qarşı qərəzli, ədalətsiz mövqedən çıxış edirlər.