Qazaxda 13 yaşlı yeniyetmə qızılcadan dünyasını dəyişib.
Rayonun Hüseynbəyli kənd sakini Nəzrin Şabanzadə Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Atasının sözlərinə görə, vəziyyəti ağır olduğu üçün Bakıya göndərilən Nəzrin xəstəxanaya çatmamış dünyasını dəyişib:
“Evdə müalicə aldığı müddətdə səpdi. Danışa-danışa getdi, xəstəxanaya çatanda ambulansdan düşə bilmədi. Xəstəxanada dedilər, gecikdirmisiniz”.