Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru təyin edilmiş Tural Qüdrət oğlu Piriyev kimdir?
O, 2006-2007-ci illərdə hazırda ləğv prosesində olan "Atabank" ASC-də, 2007-2012-ci illərdə isə "PAŞA Holdinq" MMC-də hüquqşünas kimi çalışıb, eləcə də 2011-2012-ci illərdə holdinqə daxil olan "PAŞA Həyat Slğorta" ASC-nin Audit Komitəsinin sədri, 2012-2014-cü illərdə isə yenə də bu holdinqin strukturu olan "Kapital Bank" ASC-nin Hüquq departamentinin direktoru olub.