Gəncədə yeniyetmə qız itkin düşüb.
Gəncə şəhəri Zərdabi küçəsində yaşayan G.Nurullayeva polisə müraciət edərək onunla birgə yaşayan övladı, 2010-cu il təvəllüdlü N.Nurullayevanın itkin düşdüyünü bildirib. O qeyd edib ki, qızı yanvarın 18-də Gəncədə təhsil aldığı 27 saylı orta məktəbdən çıxıb və evə qayıtmayıb.