Yasamalda mərasim evində tavanın çökməsi nəticəsində 3 nəfərin xəsarət alması ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yanvarın 19-da saat 13 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mərasim evinin 2 mərtəbə arasındakı tavanının çökməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan, hüzür mərasimində iştirak edən 3 nəfər - 1949-cu il təvəllüdlü Mustafayeva Fatma Xamoy qızı, 1955-ci il təvəllüdlü Mirzəyeva Rahilə Xamoy qızı və 1958-ci il təvəllüdlü Rüstəmova Rəna Xamoy qızı ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib.
Hazırda hadisə yeri prokurorluq əməkdaşları tərəfindən müəyinə olunur.
Fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
***
13:41
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində mərasim zalının tavanının uçması barədə ilkin məlumat daxil olub.
FHN-dən bildirilib ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən, ikimərtəbəli mərasim evinin 1-ci mərtəbəsinin tavanının uçduğu müəyyən olunub.