Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Henri Kluqe yeni növ koronavirus (COVID-19) pandemiyasının ikinci dalğası ilə bağlı xəbərdarlıq edib.
Pravda.az-ın xəbərinə görə, H. Kluqe Britaniyanın “The Telegraph” nəşrinə müsahibəsində deyib ki, payızda koronavirusun ikinci dalğası gözlənilir və bu, daha öldürücü ola bilər.
Onun sözlərinə görə, Avropa ölkələri pandemiyanın ikinci dalğasına hazırlaşmalıdır: “Bu səbəbdən də səhiyyə sistemlərinin gücləndirilməsinə, tibb müəssisələrinin ilkin tibbi yardım və reanimasiya bölmələrinin imkanlarının artırılmasına xüsusi diqqət yetirilməlidir”.