Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Emil Rasimoğlu: “Salam Sarvan hansısa şairin yaradıcılığının bir küncüdür”

1 255
Paylaş:
Emil Rasimoğlu: “Salam Sarvan hansısa şairin yaradıcılığının bir küncüdür”

Salam Sarvan haqqında bir neçə söz... və ya Salamın SARVAN ola bilməməsi

Salam Sarvanın şeirlərini mütəmadi olaraq oxumuşam... və onun ədəbi mülahizələrinə də bələdəm.

Salam Sarvanın böyük istedadı (şüuraltı ədəbi baxışından bəlli olur!), analtik düşüncə tərzi var. Amma böyük mətni, yazısı, ədəbiyyatı... yoxdu. Bəlkə də yaratmaq istəyib amma yarada bilməyib.

Hərdən mənə elə gəlir ki, Salam hansısa şairin yaradıcılığının bir küncüdür...

Bəs, sual edə bilərsiniz ki, istedadı haradadı? Deyəcəyəm!

Əvvəla onu deyim ki, bu adamın bir ömür yaradıcılıq boyu idraki qatda necə deyərlər, öz emalatxanası olmadı. Material var, enerji var... amma dəzgah, emalatxana yoxdu. O dediyim böyük istedadı yaradıcılıqda göstərmək üçün gərək ki, öz emalatxanan, öz dəzgahın ola...Bu mütləqdir! Yoxsa, nə istedadını olduğu kimi ifadə edə biləcəksən, nə də “özgə ocağından” əl çəkə çəkəcəksən.

Salam bir gün Ramiz Rövşənin, bir gün Füzulinin, bir gün Sabirin, bir gün Aşıq Ələsgərin, bir gün dünya ədəbiyyatındakı hər hansısa bir şəxsin... emalatxanasından, dəzgahından istifadə etdi. Salamın ən böyük uğursuzluğu da məhz bu oldu.

Məsələn, dünya ədəbiyyatından tərcümələr edir. Sonra da başlayır o tərcümələrin poetik qəlblərində özünə “kərpic kəsməyə”. Son şeirləri buna misal ola bilər.

Digər tərəfdən, bəs Salam yaradıcılığında özü ola bildimi ? Bəli oldu! O da çox kiçik tərzdə. Salam şeirlərindəki bir ovuc torpaqdı. O torpaq ki, onu oxucunun gözünə zamanında atmağı bacarır. Salamın məhz ədəbiyyata gəlib çatan istedadı da buradadı.

“Darıxma, düzəlməyəcək”,

“Dünən toyumda idim,

yerin məlum, sevdiyim...” tipli misralardan ibarət şeir nümunələri sadəcə oxucuya illuziya göstərməkdi, böyük mətn, ədəbiyyat, sənət yaratmaq yox. Bəlkə Salamın məqsədi də məhz bu olub.

Elə Salamı sevdirən də oxucunun gözündəki o bir ovuc torpaqdı...

Emil Rasimoğlu

gənc yazar

Paylaş:

Ən son xəbərlər