Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Ağır yol qəzası olub, 2 nəfər ölüb, 4 nəfər yaralanıb

925
Paylaş:
Ağır yol qəzası olub, 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Yanvarın 19-u saat 18 radələrində Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillərin toqquşması iki nəfərin ölümü ilə nəticələnib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, olayda “VAZ”ın sürücüsü 1967-ci il təvəllüdlü Vidadi Mamedov və 1957-ci il təvəllüdlü sərnişini Qnyaz Salmanov aldığı xəsarətlərdən vəfat edib.

Digər avtomobilin sürücüsü Baba Babayev və iki nəqliyyat vasitəsində olan 4 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər