Bu il Şuşa şəhərində "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayacaq.
Bu il Şuşada "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayacaq
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, gələcək illərdə də Ağdam, Cəbrayıl və Laçın şəhərlərində də regional "ASAN xidmət" mərkəzləri fəaliyyət göstərəcək.