"Dövlət Yol Polisindən xahiş edirəm ki, avtomobilimi cinlərin əlindən alaraq mənə geri qaytarsın". Belə bir qeyri-adi təkliflə psixoloq Nizami Orucov hüquq-mühafizə orqanlarına müraciət edib.
O, yaydığı videomüraciətdə bildirb ki, avtomobili 3 il 5 aydır Cavadxan küçəsi, 15 ünvanından tərpədilməyib:
"Amma gəlin, mənə gələn cərimələrə baxaq. Mən 3 il 5 aydır avtomobili sürmürəm. Necə olur ki, avtomobilim yerində qala-qala, mənə 5 cərimə gəlib? Cərimələrin 3-4-də həmin ünvan, 1-də isə Bakıda ümumiyyətlə, tanımadığım bir ərazi göstərilib. Bu necə olur?"