Fevralın 7-də keçiriləcək prezident seçkilərindən sonra bəzi nazirlərin vəzifəsini itirəcəyinə dair müzakirələr son günlər yenidən intensivləşib. İstefaya göndəriləcək nazirlərlə bağlı iddialar indi ölkə gündəminin bir nömrəli mövzusuna çevrilib.
Yenisabah.az vəzifəsi ilə vidalaşacaq yüksək rütbəli məmurlara dair vacib informasiya əldə edib. Məlum olub ki, yeni hökumət formalaşarkən Baş nazirin müavinlərindən birinin və 3 nazirin karyerasına son qoyulacaq.
Baş nazirin növbəti hökumətdə yer almayacaq maüvinin adı hamıya tanışdır. Söhbət Yaqub Eyyubovdan gedir. Onun yaşının çoxluğu və səhhətində yaranmış problemlərlə əlaqədar istefaya göndəriləcəyi bildirilir.