Şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 21-də saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində mina partlayışı nəticəsində 1980-ci il təvəllüdlü Ağcabədi rayon Kürtlər kənd sakini Faiq Abışovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.