Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

İsmayıllıda qəza: Sürücü avtomobildə sıxılı vəziyyətdə qaldı

623
Paylaş:
İsmayıllıda qəza:     Sürücü avtomobildə sıxılı vəziyyətdə qaldı

İsmayıllı rayonu Eyyubbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.


Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes-Benz” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və avtomobillərdən birinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.


Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Paylaş:

Ən son xəbərlər