Eldar Quliyevin quruluş verdiyi “Girov” filmində hadisələr Ermənistanla sərhəd kəndlərinin birində, Birinci Qarabağ müharibəsinin ilk qığılcımlarının çıxdığı illərdə baş verir.
O dövrdə Azərbaycanın ordusu yox idi və sovet hakimiyyəti son dövrlərini yaşayırdı.
Filmin qısa süjet xətti belədir: kənd sakini Kərimi ermənilər əsir götürür. Kərimi xilas etmək üçün isə onun həmkəndliləri digər ermənini ayağından vurub Kərimlə dəyişmək üçün girov saxlayırlar.